Hadisə
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların yaxınları DANIŞDILAR - VİDEO

Rusiyada ağır qəzada üç azərbaycanlı həlak olub.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla bildirir ki, hadisə Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında baş verib.
İki avtomobilin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib. Həlak olanlardan 3 nəfəri Azərbaycan vətəndaşıdır.
Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, biri isə Ağstafa rayon sakinidir. Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 23 yaşlı Köçər Hüseynov və 32 yaşlı Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş. Həmkəndlilərin tikinti sahəsində çalışdıqları bildirilir.
Pərvin Yusifov ailəlidir, üç övladı var. Yaxınlarının sözlərinə görə, o, ailəsi ilə birlikdə Rusiyaya köçmüşdü.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:
***
Rusiyada dəhşətli yol-nəqliyyat hadisəsində həlak olan azərbaycanlılar dəfn ediliblər.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində həyatlarını itirən 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov Qazax rayonunun Daş Salahlı kənd qəbiristanlığında, 2000-ci il təvəllüdlü Ceyhun Məmmədov isə Ağstafa rayonunun Muğanlı kənd qəbiristanlığında torpağa tapşırılıblar.