Hadisə
Küçədə qanlı pusqu: 3 ölü, 3 yaralı - VİDEO

İzmirin Torbalı ilçəsinin Ayrancılar məhəlləsində dünən dəhşətli hadisə baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Adnan Özdemirin idarə etdiyi avtomobilə bir nəfər ov tüfəngi ilə atəş açıb. Hücum edən şəxs cinayət aləti ilə birlikdə hadisə yerindən qaçıb. Ətrafdakı şahidlər dərhal təcili tibbi yardım və polis çağırıb.
Hadisə yerinə gələn tibb işçiləri avtomobildə olan Adnan Özdemir, Abdullah Altun və Fatma Altunun həyatını itirdiyini müəyyən ediblər. Yaralanan Miraç Altun, Ahmet Özdemir və Ayşe Özdemir isə xəstəxanaya aparılıb. Ölənlərin cənazələri prokurorun araşdırmasından sonra İzmir Məhkəmə-Tibbi Ekspertiza Morguna göndərilib.
Polis hücumu törədən şəxsin K.K. olduğunu müəyyənləşdirərək onu saxlayıb. Hücum anı isə ərazidəki təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə K.K.-nın ov tüfəngi ilə avtomobilə ardıcıl atəş açdığı və hadisə yerindən qaçdığı görünür.
Hadisə ilə bağlı araşdırma davam edir.