İdman

Bu gün UEFA Konfrans Liqasının final oyunu keçiriləcək.

Portalaz.ws 28.05.2025 15:29 23
Bu gün UEFA Konfrans Liqasının final oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, həlledici oyunda İngiltərənin “Çelsi” və İspaniyanın “Betis” klubları qarşılaşacaqlar.

Final qarşılaşması Polşanın Vroslav şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, “Betis” yarımfinalda İtaliya “Fiorentina”sını, “Çelsi” isə İsveç “Yürqorden”ini mübarizədən kənarlaşdırıb.

Konfrans Liqasının son qalibi Yunanıstanın "Olimpiakos" klubu olub.

UEFA Konfrans Liqası
Final
28 may

23:00. "Betis" (İspaniya) - "Çelsi" (İngiltərə).
Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina).
Vroslav. "Tarçinski Arena".